ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmadı
10 noyabr 2022 02:42 (UTC +04:00)

ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmadı

ABŞ-ın 15 ştatında ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeld məlumat verib.  
“15 ştatda bizi seçki məntəqələrinə buraxmadılar. Qalan yerlərdə isə məhdudiyyət olmadan monitorinqlər apardıq” – deyə Sederfeld bildirib. 
Müşahidə missiyası rəhbərinn sözlərinə görə, ştatlar müşahidəçilərin məntəqələrə buraxılmamasını yerli qanunvericilik əsasında həyata keçiriblər. 

Qeyd edək ki, 8 noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçirilib. İlkin nəticələr respublikaçıların irəlidə olduğunu göstərir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar