Britaniyada qeyri-adi bir hadisə baş verib.
Lent.az xəbər verir ki, 38 yaşlı Laura əri Ceymsi xırda işlərində kömək etmək üçün başqa qadınlara icarəyə verir.
O, ərini 45 funta (100 AZN) icarəyə verir. Ceymsi işlətmək istəyən o qədər çoxdur ki, o, həftədə 6 gün yarımştat işlədiyi üçün bu fəaliyyət indi tam ştatlı işə çevrilib. O, hətta iş saatlarını azaltmağa məcbur olub. Əvvəllər anbardar isləyən Ceyms işdən çıxaraq həyat yoldaşı ilə kiçik şirkətlərini qurub. Əri müştərilər üçün iş görərkən, Laura gündəmi bu münasibətlə yaratdığı veb sayt vasitəsilə idarə edir.