Almaniyanın paytaxtı Berlində İrandakı etirazçılara dəstək nümayişində 80 000 nəfər iştirak edib.
Lent.az-ın “Bild” nəşrinə istinadla xəbərinə görə, aksiyada qadın hüquqlarını müdafiə edən Avropa təşkilatlarının nümayəbndələri də iştirak edib. Aksiyaçılar “Qadınlar, həyat, azadlıq” şüarını səsləndiriblər.
Dinc şəraitdə keçən aksiyaya polis yerdən və havadan nəzarət edib. Aksiya zamanı heç bir qarşıdurma qeydə alınmayıb.