Almaniyada ilk dəfə koronavirusdan sutkalıq ölüm sayı 1000-i keçib
30 dekabr 2020 05:25 (UTC +04:00)

Almaniyada ilk dəfə koronavirusdan sutkalıq ölüm sayı 1000-i keçib

Almaniyada pandemiya başladığından bəri koronavirüsdan sutkalıq ölüm sayı rekord həddə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli N-TV kanalı məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ölkədə 1051 nəfər koronavirus xəstəsi ölüb. Əvvəlki anti-rekord isə dekabrın 22-də qeydə alınıb - 940 ölüm.

 

# 1032
avatar

Oxşar yazılar