Alman cütlük evlərində 555 ədəd şam ağacı quraşdırıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Rinteln şəhərindən olan Suzanne və Tomas Jeromin bəzədilmiş “yolka”ların sayına görə dünya rekorduna imza atıblar.
Cütlük təxminən 108 000 şam ağacı topu və 48 000 işıqdan istifadə edib. Bu evi görmək üçün Almaniyanın hər yerindən, hətta başqa ölkələrdən də qonaqlar gəlir.