Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 22:32 (UTC +04:00)

Aleksey Navalnı Moskvada saxlanıldı

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib.

Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar