Adolf Hitleri  bunkerdə görən sonuncu şəxs öldü
29 iyun 2023 18:15 (UTC +04:00)

Adolf Hitleri bunkerdə görən sonuncu şəxs öldü

0

Adolf Hitleri bunkerdə görən sonuncu şəxs Yohanna Ruf ölüb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, 94 yaşında vəfat edib. Yohanna Rufun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Yohanna cəmi 15 yaşı olanda Berlində bunkerdə işləyirdi. Burada Hitler və digər yüksək nasist məmurlar sovet qoşunları şəhərə yaxınlaşarkən son günlərini keçirirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2420

Oxşar yazılar