ABŞ Konqresində Trampın impiçmenti planlaşdırılır
09 yanvar 2021 07:04 (UTC +04:00)

ABŞ Konqresində Trampın impiçmenti planlaşdırılır

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar hazırkı prezident Donald Trampın impiçmenti üçün yanvarın 11-də yeni sənəd təqdim etməyi planlaşdırır. 

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilir ki, sözügedən sənəd Demokrat konqresmenlər Devid Sisilini, Ted Lyu və Ceymi Raskin tərəfindən hazırlanıb.

Sənədə görə, Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbərini “ABŞ hökumətinə qarşı zorakılığa təhriketmə”də günahlandırılır.

# 1476
avatar

Oxşar yazılar