ABŞ-ın Şimali Koreyaya dair təklifi rədd edildi
26 mart 2022 06:49 (UTC +04:00)

ABŞ-ın Şimali Koreyaya dair təklifi rədd edildi

0

BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın KXDR-ə dair təqdim etdiyi qətnamə layihəsi qəbul edilməyib.

Lent.az-ın xəbərinə görə, qətnamə layihəsində Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi nəzərdə tutlurdu.

TŞ-nin 15 üzvünün əksəriyyəti layihənin əleyhinə səs verib. Çinin BMT-dəki səfiri şərait yaxşılaşdığı halda Pxenyana qarşı sanksiyaların ləğvinə çağırıb. Rusiyanın nümayəndəsi isə sadə insanların sanksiyadan əziyyət çəkdiyini bildirib.

Bununla belə, üzv ölkələr Şimali Koreyanın ballistik raket sınaqları keçirməsini qətiyyyətlə pisləyiblər.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1630

Oxşar yazılar