ABŞ-ın Myanmanın Yanqon şəhərindəki mədəniyyət mərkəzinə atəş açılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi açıqlama yayıb.
“ABŞ səfirliyi təsdiqləyir ki, martın 27-də Yanqondakı Amerika mərkəzi atəşə tutulub”, - səfirlikdən bildirilib.
Hadisə zamanı heç kim yaralanmayıb.