ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər  öldü
16 iyul 2026 03:09 (UTC +04:00)

ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər öldü

0

İranın cənub hissəsinə ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində azı 35 nəfər həlak olub.

Lent.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur məlumat verib.

"00:00-a olan məlumata görə, hava hücumları nəticəsində 35 dinc sakin həyatını itirib", – deyə nazirlik rəsmisi bildirib.

Kermanpur həlak olanların sayının arta biləcəyini istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar