ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki limanda tək mühərrikli təyyarə yük maşınına çırpılıb.
APA yerli “ABC” telekanalına istinadən xəbər verir ki, bu barədə ştatın Xilasetmə Xidməti məlumayt yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində pilot ölüb , avtomobildə olan şəxs isə yaralanıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilib. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.
Liman fəaliyyətini normal şəkildə davam etdirir.