Venesuelada 46 məhbus öldürüldü - SƏBƏB
02 may 2020 09:14 (UTC +04:00)

Venesuelada 46 məhbus öldürüldü - SƏBƏB

Venesuelanın şimal-qərbində Portuqes ştatında yerləşən Los-Lyanos həbsxanasından qaçmaq istəyən 46 məhbus öldürülüb. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə həbsxana əməkdaşlarında biri açılamasında bildirib. 

Onun sözlərinə görə, məhbusların iğtişaş qaldırdığı zaman islah müəssisəsinin rəhbəri Karlos Roxo kürək nahiyəsindən ağır bıçaq yarası alıb. İğtişaşın yatırılmasına cəlb edilən Milli Qvardiyanın zabitinin isə məhbuslar tərəfindən atılan partlayıcının qəlpələrindən xəsarət aldığı vurğulanıb.

"Observatorio venezolano de prisiones" insan haqları təşkilatı həbsxanada rejimin və şəraitin həddindən artıq ağır olduğunu səbəb kimi göstərərək, kütləvi qaçış faktını təsdiqləyib. Qeyd edilib ki, sözügedən Penitensiar Mərkəz 750 nəfər üçün nəzərdə tutulduğu halda, orada təxminən 2,5 min məhbus saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2027

Oxşar yazılar