Türkiyədə sel 2 nəfərin ölümünə səbəb oldu
22 iyun 2020 03:56 (UTC +04:00)

Türkiyədə sel 2 nəfərin ölümünə səbəb oldu

 

Türkiyənin Bursa vilayətində aramsız leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bursa Valisi bildirib.

Hazırda bölgədə xilasetmə və axtarış işləri aparılır. Ölkənin Daxili İşlər naziri Süleyman Soylu da fəlakət bölgəsinə baş çəkib.

Qeyd edək ki, Türkiyənin Hidrometeorologiya Baş İdarəsi bu gün Bursa, Sakarya və Düzcə ərazilərində leysan yağışları, daşqın və sel fəlakətlərinin gözlənildiyini proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2215
avatar

Oxşar yazılar