İsrail həkimlərindən COVID-19-un müalicəsində effektiv ÜSUL
09 aprel 2020 02:09 (UTC +04:00)

İsrail həkimlərindən COVID-19-un müalicəsində effektiv ÜSUL

 

İsrailin Hayfa şəhərindən olan “Pluristem” şirkəti hüceyrə terapiyasından istifadə etməklə ağır vəziyyətdə olan 6 koronaviruslu xəstəni müalicə etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “mignews” portalı yazıb.

Xəstələr bir həftə olaraq İsrailin üç fərqli tibb mərkəzində müalicə alıblar və kəskin tənəffüs çatışmazlığından, həmçinin COVID-19 infeksiyasının səbəb olduğu ağırlaşmalardan əziyyət çəkiblər. Xəstələrin dördündə ürək-damar və böyrək çatışmazlığı kimi digər orqan sistemlərinin çatışmazlığı da üzə çıxıb.

Pluristem”in məlumatına görə, xəstələrdən dördünün tənəffüs fəaliyyəti yaxşılaşıb. Bundan əlavə, əvvəlcədən xəstəlikləri olan iki xəstədə nəfəs alma ilə yanaşı klinik yaxşılaşma müşahidə olunub.

Pluristem”in PLX-hüceyrələri immunomodulyator xüsusiyyətlərə malikdir. Nəticə immunitet sisteminin təhlükəli hiperaktivasiyasının ləğvi ola bilər. Onun pnevmoniya (ağciyərlərin iltihabı) və pnevmonitdən (ağciyər toxumasının ümumi iltihabı) ölüm hallarını azaltmaq ehtimalı böyükdür.

Məlumata görəPluristem koronavirusun səbəb olduğu ağırlaşmaları müalicə etmək məqsədilə çoxmillətli bir klinik sınaqların başlanılması üçün müraciət etməyi planlaşdırır. Şirkət artıq ABŞ və Avropadakı əlaqələndirici qurumlarla danışıqlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2113
avatar

Oxşar yazılar