Çexiya Prokurorluğu Praqadan 100 kilometr cənub-şərqdə yerləşən Svetla-nad-Sazavou şəhərindəki qadın həbsxanasının 7 nəzarətçisinə qarşı işgəncə və qeyri-insani rəftar ittihamı irəli sürüb.
Lemt.az xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər ötən ilin yanvarında bir neçə saat ərzində məhkuma qarşı fiziki və psixoloji zorakılıq tətbiq ediblər.
Ötən ilin martında xidmətdən azad edilən nəzarətçiləri 8 ilə qədər həbs gözlədiyi bildirilib.