26 barmaqlı  qız dünyaya gəldi
23 sentyabr 2023 17:48 (UTC +04:00)

26 barmaqlı qız dünyaya gəldi

Hindistanda 26 barmaqlı qız doğulub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi hadisə Racastan ştatında qeydə alınıb.

Belə ki, uşağın hər əlində yeddi, ayaqlarında isə altı barmaq var.

Həkimlər bu hadisəni nadir genetik qüsur adlandırıb. Yerli əhali isə bu hadisəni sitayiş etdikləri hindu tanrısı ilə əlaqələndirir. Onların dediyinə görə, qızın doğulduğu yerdən bir qədər aralıda bu tanrının məbədi var. 

Həkimlər qızın vəziyyətinin yaxşı olduğunu, həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

# 61962
avatar

Arzu Qurbanlı

Oxşar yazılar