İnsult bütün dünyada ölümün ikinci, əlilliyin üçüncü və demansın əsas səbəbidir. Alimlərin fikrincə, 2050-ci ilə qədər dünyada insultdan ölənlərin sayı ildə 9,7 milyon nəfərə çata bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, son 30 ildə insultdan əziyyət çəkənlərin sayı iki dəfə artıb.
Ümumdünya İnsult Təşkilatı və Lancet Nevrologiya Komissiyasının hesabatına görə, dünyada insultdan ölən insanların sayı bu il təxminən 6,6 milyondan 7,20 milyona yüksəlib.