Çinin “Airbus”dan 140 sərnişin təyyarəsi alacağı bildirilir.
Lent.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Çin Aviasiya Avadanlıq Təchizat Şirkətinin “Airbus”la 132 “A320” və 8 “A350” tipli sərnişin təyyarəsi almaq üçün razılaşma əldə etdiyi açıqlanıb.
Açıqlamada Almaniya kansleri Olaf Şoltsun ötən gün Pekinə səfəri zamanı müqaviləni imzaladığı bildirilib.
Onun ümumi dəyəri 17 milyard dollardır.