Kondaliza Rays qayıdır
Corc Buşun prezidentliyi dönəmində ABŞ dövləti katibi postunu tutmuş Kondaliza Rays daha 4 il müddətinə siyasətə dönməyə hazırlaşır.
Lent.az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, oktyabr ayında keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi olan Mitt Romninin vitse-prezident postunu Kondaliza Raysa təklif edəcəyi üzə çıxıb.
“The Drudge Report” saytı Respublikaçılar Partiyasındakı qaynaqlara istinadən yazıb ki, Mitt Romninin seçki kampaniyasını təşkil edən heyət dünən gecə “Meet the VP” (Vitse-prezidentlə Görüş) adı altında ianə toplama gecəsi təşkil edib. Xəbərdə Mitt Romninin Kondaliza Raysı vitse-prezidentliyə namizəd kimi seçmək qərarını bir neçə həftə əvvəl verdiyi vurğulanır. Kondaliza Rays bir neçə həftə Yuta ştatında iştirak etdiyi seçki kampaniyasında ABŞ-ın dünyadakı liderlik rolunun mübahisə mövzusuna çevrildiyini söyləyib. Kondaliza Rays həmin aksiyada çıxışından sonra Respublikaçılar Partiyasının tərəfdarlarına göndərdiyi bir elektron məktubda yazıb ki, 2012-ci il ABŞ üçün dönüş nöqtəsi ola bilər: “Qarşıdakı seçkilər həyatımda gördüyüm ən əhəmiyyətli seçki olacaq. Mənə xarici siyasətimizlə bağlı çox suallar verilir və qarşımdakı imkanlar soruşulur. Ancaq biz evimizi qaydaya salmadan beynəlxalq arenada önümüzə çıxan imkanları istiqamətləndirmək şansımızın olduğunu düşünmürəm”.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49