Rusiya İrana S-300 raketlərinin pulunu qaytardı
23 sentyabr 2011 12:37 (UTC +04:00)

Rusiya İrana S-300 raketlərinin pulunu qaytardı

Rusiya İrana S-300 raketlərinin satılması müqabilində aldığı 167 milyon dollarlıq avansı qaytarıb. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin bildirib.

O, bildirib ki, başçılıq etdiyi müəssisə müqavilənin şərtləri yerinə yetirilmədiyi təqdirdə aldığı avansın qaytarılmasına təminat verir. İranla baş verən hadisədə BMT Təhlükəsizlik Şurasının qərarı öz rolunu oynayıb: “Bu, o qədər də böyük məbləğ deyil. Amma bütün hallarda maliyyə itkisidir”.

İrana S-300 raketlərinin satılması ilə bağlı müqavilə 2007-ci ildə imzalanıb. Rusiya 800 milyon dollara 5 belə kompleks verməliymiş. Amma 2010-cu ildə prezident Dmitri Medvedev BMT TŞ-in qərarlarının yerinə yetirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncam İrana S-300 raketlərinin, zirehli texnikanın, döyüş təyyarələri, vertolyot və gəmilərin satışını qadağan edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar