İran ABŞ-dan 1 milyon dollar girov aldı
22 sentyabr 2011 12:36 (UTC +04:00)

İran ABŞ-dan 1 milyon dollar girov aldı

İran ilə Amerika arasında nüvə proqramlarından sonra ən ciddi problem olan məhbuslar məsələsi də həllini tapıb. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, İran casusluqda ittiham etdiyi iki amerikalını 1 milyon dollarlıq girov qarşılığında azadlığa buraxıb.

Bu girov məbləği Tehrana İordaniyanın paytaxtı Əmmanda olan amerikalı diplomatlar vasitəsi ilə ödənilib. Amerikalı gənclər də həbsxanada diplomatlara təhvil verilib.

Qeyd edək ki, iki il əvvəl İran-İraq sərhədində casusluq etdikləri iddiası ilə İran əsgərləri tərəfindən həbs olunan 3 amerikalıdan biri keçən il 500 min dollar qarşılığında azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar