Türkiyə Şərqi Aralıq dənizinə 8 döyüş gəmisi göndərməyə qərar verdi
21 sentyabr 2011 12:23 (UTC +04:00)

Türkiyə Şərqi Aralıq dənizinə 8 döyüş gəmisi göndərməyə qərar verdi

Cənubi Kiprin Şərqi Aralıq dənizində neft-qaz yataqları ilə bağlı kəşfiyyat işlərinə başlaması Türkiyəni hərəkətə gətirib. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə böyük 18 hərbi gəmisindən 8-ni və 1 sualtı döyüş qayığını Şərqi Aralıq dənizinə göndərir və bununla bağlı artıq qərar verilib.

Qeyd edək ki, Cənubi Kipr dənizdə kəşfiyyat işlərini bir ABŞ şirkəti ilə müqavilə bağlayaraq həyata keçirir və ABŞ şirkətinin platforması ətrafında İsrail pilotsuz təyyarələri uçurlar. Türkiyə döyüş gəmilərindən 3-ü də məhz İsrailə qarşı növbə tutacaq. Türkiyə bu gün axşam, ya da sabah Şərqi Aralıq dənizində neft-qaz axtarışlarına başlayacaq. Artıq TAPO şirkətinə Kipr sahillərində kəşfiyyat işləri aparmağa icazə verilib. və kəşfiyyat platformasını Türkiyə donanmasının iki döyüş gəmisi qoruyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar