“Əl-Cəzirə”nin baş direktoru istefa verib
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Vaddah Xanfar deyib ki, xeyli vaxtdır istefası Direktorlar Şurasında müzakirə olunur və o, bu qərara hörmətlə yanaşıb.
Qeyd edək ki, Vaddah Xanfar 8 ilodir ki, “Əl-Cəzirə” telekanalına rəhbərlik edir. Bəzi KİV-lər Vaddah Xanfarın istefasını “WikiLeaks” saytında onun ABŞ hərbi kəşfiyyatı ilə əməkdaşlığını sübut edən məxfi sənədlərin üzə çıxması ilə əlaqələndirir.
“Əl-Cəzirə” telekanalı isə Vaddah Xanfarın istefası ilə bağlı qərarın hələ iyunda gündəmdə olduğunu bəyan edib.

679