Əfqanıstanın keçmiş prezidenti öldürüldü
20 sentyabr 2011 19:58 (UTC +04:00)

Əfqanıstanın keçmiş prezidenti öldürüldü

APA-nın AFP-yə istinadən xəbərinə görə, sabiq prezidentin evində partlayış törədilib.

Polisin ehtimalına görə, partlayışı terrorçu-kamikadze törədib. Son illər Rəbbani Əfqanıstanda döyüşən tərəfləri barışdırmaq missiyası ilə çıxış edən Ali Barışıq Şurasına rəhbərlik edib. O, cəmi bir ay - 2001-ci ilin noyabr-dekabr aylarında prezident olub.

Qeyd edək ki, Bürhanəddin Rəbbani sovet işğalı dövründə müqavimət dəstələrindən birinə rəhbərlik edib və nüfuzlu səhra komandirlərindən sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar