Qəddafi: Yaratdığım siyasi sistemi dağıda bilməyəcəklər
Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafi qiyamçıların onun tərəfindən yaradılan siyasi sistemi dağıda bilməyəcəklərini bəyan edib.
Lent.az-ın verdiyi məlumata görə, Müəmmər Qəddafi bunu Suriyada yayımlanan “Arrai” telekanalına telefonla müsahibəsində söyləyib.
Müəmmər Qəddafi deyib ki, Liviya siyasi sistemi xalqa əsaslanır və bu sistemi dağıtmaq mümkün deyil. O, NATO qırıcılarının Liviya ərazisini bombalamasının da uzun çəkməyəcəyini bildirib.
Qeyd edək ki, Müəmmər Qəddafinin yeri hələ də məlum deyil. Onun Əl-Cofra şəhərində olduğu istisna edilmir.

540