İsrail Yunanıstana «ağıllı bomba» satır
20 sentyabr 2011 19:49 (UTC +04:00)

İsrail Yunanıstana «ağıllı bomba» satır

Türkiyə ilə münasibətləri son günlərdə gərginləşən İsrail rəsmi Ankaranın münasibətlərinin heç də yaxşı olmadığı qonşusu Yunanıstana silah satışı qərarını verib. Lent.az-ın məlumatına görə, tərəflər arasında bu günlərdə əldə olunmuş anlaşmaya əsasən Tel-Əviv Afinaya «Spice 1000» (Smart, Precise Impact, Cost-Effective) tipli «ağıllı bomba»lar satacaq.
Türkiyənin gazeteci.tv saytının məlumatına görə, kamuflyaj edilmiş, gizlədilmiş hədəflərə qarşı istifadə olunan, peyklə nəzarət edilən «at və unut» prinsipi ilə işləyən raketlər çox böyük təsir imkanlarına malikdir.
İsrail bundan əlavə, Yunanıstan ordusunun silahlanmasında olan köhnə raketləri və bombaların yenilənməsi üçün texnologiyalar da verəcək. Bu da təxminən 400 konteyner edir.
İsrailin Yunanıstandakı səfiri Arie Mekel tərəflər arasındakı bu anlaşmanın Türkiyə-İsrail arasında yaranmış böhrandan sonra əldə olunduğunu vurğulayıb.
Bu arada yunan mətbuatında yer alan məlumatlara görə, İsrail Yunanıstan görüşündə Türkiyənin bölgədəki hər hansı bir hərbi addımının qarşılığında İsrail aviasiyasının Yunanıstana məxsus hərbi bazalardan istifadə edilməsi müzakirə olunub. «Kathimerini» qəzetinin yazdığına görə, İsrailin bu istəyi yunan hökumətində narazılıqla qarşılanıb.
«Anadolu» agentliyi isə yunan Kiprinə məxsus radioda «Noble Energy» şirkətinin Aralıq dənizində kəşfiyyat işinə başladığı platformanın üzərində İsrailə aid «Heron» tipli pilotsuz uçuş aparatların uçması barədə məlumatlar yayıb. Eyni zamanda İsrail dəniz qüvvələrinə aid hərbi gəmilərin də platformanın şərqində görüldüyü bildirilib.
Son aylarda İsraillə münasibətləri kəskinləşən başda Misir olmaqla regiondakı ərəb ölkələri isə Türkiyə ilə hərbi texniki sahədə əməkdaşlıqla bağlı bəzi addımlar atmağa başlayıb. Türkiyənin hərbi aviasiya sahəsində fəaliyyət göstərən TAİ şirkətinin baş direktoru Özcan Ertəm ötən gün «Hürriyət» qəzetinə açıqlamasında Misir hökumətinin bu şirkətin istehsalı olan «Anka» adlı pilotsuz uçuş aparatını almaq istədiyini və bu aparatla maraqlandığını bildirib. Artıq Misir hökuməti baş nazir Ərdoğanın Qahirəyə səfəri zamanı belə bir tələblə də çıxış edib.
Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar