Ərdoğan Obama ilə görüşəcək
20 sentyabr 2011 13:52 (UTC +04:00)

Ərdoğan Obama ilə görüşəcək

BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, görüş Türkiyə vaxtıyla saat 23:30-da başlayacaq. Ağ Evin milli təhlükəsizlik müşaviri Ben Rodes Barak Obama və Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi çox məsələ olduğunu söyləyib. Ben Rodes iki liderin ərəb baharı, raket müdafiə sistemləri, Yaxın Şərqdə sülh kimi iki ölkənin üzərində birlikdə çalışdığı və Türkiyənin açar rol oynadığı məsələlərin müzakirə edəcəyini bildirib. Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidentinə Fələstinin dövlət olaraq tanınmasına dair sözlərini də xatırlatması gözlənilir. Türkiyə-İsrail münasibətləri, terror təşkilatı ilə mübarizə və Kıbrısdakı son hadisələr də müzakirə mövzusu olacaq.

Türkiyə mətbuatı yazır ki, əslində hazırda ABŞ administrasiyasını daha çox Suriyada baş verən proseslər cərəyan edir. Amerikalı diplomatlar artıq Suriyada çökməkdə olan Bəşər Əsəd rejimindən sonrakı dönəmə hazırlaşdıqlarını gizlətmirlər. Ancaq ABŞ Suriyanın məzhəb savaşı meydanına çevrilən İraqın taleyini yaşamasını istəmir. Çünki son dövrlər ölkədə çoxluq təşkil edən sünnilər silahlanırlar və Bəşər Əsəd rejiminin çökməsindən sonra hakimiyyətin arxalandığı ələvilərlə sünnilər arasında qanlı qarşıdurmaların yaşanacağı ehtimalı yüksəkdir. Ona görə də ABŞ bu məsələdə Türkiyə ilə birgə əməkdaşlığa xüsusi önəm verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar