Qvatemalada 90 dəqiqədə 3 zəlzələ baş verib
20 sentyabr 2011 10:07 (UTC +04:00)

Qvatemalada 90 dəqiqədə 3 zəlzələ baş verib

Bu gecə Qvatemalada 90 dəqiqə ərzində 3 yeraltı təkan qeydə alınıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, saat 00:34 radələrində baş verən birinci zəlzələ 5,8 bal gücündə olub, daha sonra 4,8 bal gücündə 2 ardıcıl təkan baş verib.


Zəlzələnin ocağı ölkənin paytaxtı Qvatemala-Siti şəhərindən 52 kilometr cənub-şərqdə olub. Bir neçə ev dağılıb, ən azı 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Ancaq qurbanların sayının artacağı istisna olunmur.

Təkanlar nəticəsində Qvatemalanı qonşu Salvadorla birləşdirən əsas magistral yolda da sürüşmə olub, daş parçalarının töküldüyü yol bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar