Türkiyə Cənubi Kiprə və İsrailə xəbərdarlıq etdi
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının axtarışı ilə bağlı qazıntı işləri aparmağa hazırlaşan Cəubi Kiprə xəbərdarlıq edib.
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Taner Yıldız deyib ki, Cənubi Kipr hakimiyyəti Aralıq dənizində karbohidrogen ehtiyatları axtarışına başlayarsa, Türkiyə dərhal Şimali Kipr Türk Cümhuriyyəti ilə şelf anlaşması imzalayacaq və TPAO gələn həftə Şimali Kiprin Şərqi Aralıq dənizindəki şelfində kəşfiyyat axtarışlarına başlayacaq.
Enerji və təbii sərvətlər naziri artıq bir Norveç firması ilə də bu sahədə birgə fəaliyyətlə bağlı razılaşma əldə edildiyini dilə gətirib, ancaq indiki mərhələdə həmin şirkətin adını açıqlamağı məqbul saymayıb. Taner Yıldız bu gəmiləri Türkiyə hərbi donanmasının müşayiət edəcəyini də bildirib. Onun sözlərinə görə, Şərqi Aralıq dənizində iqtisadi sahənin sərhədləri müəyyənləşməyib: “Cənubi Kiprin İsrail, ya da başqa bir ölkə ilə bu sahədə həyata keçirdiyi fəaliyyət təxribatdır. Cənubi Kiprin statusunu artırmağa yönəlik bu addım bölgənin beynəlxalq statusuna ziddir. İsrailin Cənubi Kiprlə əməkdaşlığı mövcud münasibətlərə müsbət təsir göstərməyəcək. İsrail üzr diləmədikcə enerji sahəsində də əməkdaşlıq mümkün olmayacaq. Digər tərəfdən, Avropa Birliyi də böyük Türkiyə və Cənubi Kipr hakimiyyəti arasında önəmli bir seçim etməli olacaq”.
Qeyd edək ki, Cənubi Kipr prezidenti Dimitris Hristofyas dünən qarşıdakı bir neçə gün ərzində Şərqi Aralıq dənizində kəşfiyyat işlərinin başlayacağını söyləyib.

451