Ben-Validə hücum başladı
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, 100 min insanın yaşadığı şəhər öncə ağır artilleriya atəşinə tutulub. Milli Keçid Şurası əhalinin əksər hissəsinin şəhəri tərk etdiyini iddia edərək ağır artilleriyadan istifadə olunduğunu açıqlayıb. Şəhərə hücum şimal istiqamətindən olub. Ben-Validi Müəmmər Qəddafiyə sadiq 1200 döyüşçü və yerli tayfanın könüllüləri qoruyur. Ben-Valid ətrafındakı strateji yüksəkliklər Müəmmər Qəddafi tərəfdarlarının nəzarətindədir və bu, hərbi üstünlük qazandırır. Milli keçid Şurasının Ben-Validdə Müəmmər Qəddafi əleyhinə qiyam qalxacağı ilə bağlı ümidləri özünü doğrultmadığı üçün keçən həftənin şənbə günü yarımçıq qalmış hücumun bu gün davam etdirilməsinə qərar verilib.
628