İsrail qəzəbləndi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Misirin İsraildəki səfiri Yasir Rid İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Rafi Barak Misir səfirinə deyib ki, Kemp-Devid sülh müqaviləsinə yenidən baxmaq gündəlikdə deyil və İsrail bunu mümkün saymır. Rafi Barak bildirib ki, müqaviləyə birtərəfli dəyişiklik də mümkün deyil, qəbuledilməzdir: “İsrail Misir rəhbərliyinin son fikirlərini və təkliflərini narahatlıqla qəbul edir. Biz belə fikirlərin dilə gətirilməsi, belə tonda danışılmasının əleyhinəyik. Bu, iki ölkə münasibətlərindəki inamı aradan qaldırır”.
Qeyd edək ki, Misirin baş naziri İsam Şərəf bu gün Misir və İsrail arasında 1978-ci ildə imzalanan Kemp-Devid sülh müqaviləsinin müqəddəs olmadığını bəyan edib. İsam Şərəf deyib ki, bölgənin maraqları və ədalətli sülh naminə bu müqavilə həmişə müzakirə üçün açıqdır və gərəkli sayıldığı halda müqavilədə dəyişikliklər edilə bilər.

668