Ərdoğan: “Biz elə-belə adam yemərik...”
16 sentyabr 2011 15:36 (UTC +04:00)

Ərdoğan: “Biz elə-belə adam yemərik...”

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu informasiyanı internetə kimin sızdırdığı barədə məlumatı olmadığını söyləyib. O, Misir səfərində onunla bərabər olan MİT müşaviri Hakan Fidanı Tunis və Liviya səfərinə qatılmasını məsləhət görməyərək, olayı araşdırmaq üçün Ankaraya göndərdiyini də bildirib.


Rəcəb Tayyib Ərdoğan İsrail müdafiə naziri Ehud Barakın keçmişdə Hakan Fidanı iranyönümlü şəxs adlandırmasına işarə edərək bildirib ki, MİT müşaviri əvvəllər də məlum dairələr tərəfindən hədəfə alınıb: “İnformasiyanın necə sızdığını araşdırırıq. Ancaq biz elə-belə adam “yemirik”. Xətası da olsa, Fidan Hakanı belə səbəblərdən xərcləmərik. Bu informasiyanı sızdıranların ürəklərindəki niyyət ortaya çıxdı, heç kimə bir şey qazandırmaz”.


Baş nazir MİT və PKK arasında danışıqların olduğunu da təkzib etməyib və İmralı adasında PKK lideri Abdulla Öcalanla da danışıqlar aparıldığını bildirib: “Biz Hakan Fidan və Əmrə bəyi rahatlıqla İmralı adasına göndərdik. MHP sədri Dövlət Bağçalı və CHP sədri Kamal Kılıcdaroğlu hökumət və dövləti bir-birindən ayıra bilmirlər. Biz hökumət olaraq İmralı ilə danışıq aparmırıq, amma dövlət üzərinə düşən işi görər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar