Kosovada vəziyyət qəfil gərginləşib.
15 sentyabr 2011 17:10 (UTC +04:00)

Kosovada vəziyyət qəfil gərginləşib.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kosovanın şimalında yaşayan serblər yenidən əsas magistral yolda barrikadalar qurublar. Serblər Kosova hökumətinin Serbiya ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirməsinə icazə verməyəcəklərini bəyan ediblər.

Kosova hökuməti isə sentyabrın 16-da bu sərhəd-keçid məntəqələrini nəzarətə götürəcəyini bəyan edib. Bundan öncə Serbiya prezidenti Boris Tadiç də deyib ki, sərhədə Kosova polislərinin, gömrük xidmətinin əməkdaşlarının yerləşdirilməsi qarışıqlığa yol aça bilər. Kosovanın baş naziri Haşim Tadiç öz növbəsində Serbiya tərəfini sərhəddə yeni qarşıdurmanı alovlandırdığını iddia edib və rəsmi Priştinanın atdığı addımların NATO və Avropa Birliyi tərəfindən dəstəkləndiyini vurğulayıb. Bu gün NATO-nun baş katibi Anders Foq Rasmussenin Kosovaya gələcəyi də məlum olub.

Qeyd edək ki, bu ilin iyulunda Kosova hökumətinin Serbiya ilə sərhəddəki nəzarət-keçid məntəqələrinə nəzarəti ələ almaq təşəbbüsü uğurlu nəticə verməyib. Kosovanın şimalında yaşayan serblərlə etnik albanlar arasında qarşıdurma baş verib. Bundan sonra Kosovanın şimalına NATO sülhməramlıları yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar