Dünya Müharibəsi ilə bağlı məxfi sənədlər bazarda tapıldı!
14 sentyabr 2011 19:58 (UTC +04:00)

Dünya Müharibəsi ilə bağlı məxfi sənədlər bazarda tapıldı!

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bunların arasında ABŞ-ın 31-ci prezidenti Herbert Hoover və İspaniya kralı XIII Alfonsoya aid olan məxfi sənədlər diqqət çəkir.

Bu məxfi sənədləri bazarda kolleksiyaçı Fuat Köksal aşkarlayıb. Fuat Köksal aradan böyük zaman keçməsinə baxmayaraq, bu sənədlərin Türkiyədə üzə çıxmasına hələ də təəccübləndiyini bildirib. O deyib ki, 2 il əvvəl bazarda satışa qoyulmuş köhnə kağızları qarışdırarkən bir sənəd diqqətini çəkib: “İspan dilində əllə yazılmış və üzərində 1915 rəqəmi olan kağızı görəndə bunun nə olduğunu anladım. Kağız topasını bir az da qarışdırdım və teleqrafları tapdım. Dərhal bütün kağız topasını satın aldım”.

Fuat Köksal qeyd edib ki, sənədləri araşdıran zaman qarşısına tez-tez Marques de Villalobar adı çıxmağa başlayıb və bu şəxsin Birinci Dünya Müharibəsi illərində İspaniyanın Belçikadakı səfiri olduğunu öyrənib. Fotoşəkillərlə, yazılmış məktublar və rəsmi yazışmalar bu arxivin Marques de Villalobara aid olduğunu təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar