Dünyada 210 milyon narkoman var
14 sentyabr 2011 17:28 (UTC +04:00)

Dünyada 210 milyon narkoman var

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Filipp Lami bəyan edib.

Narkotik vasitədən istifadə etməyə başlayan insanların yaşları 12-17 yaş arasında dəyişir. Filipp Lami deyib ki, narkotik istifadəçilərinin 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. Meksikada isə narkomanların sayı 1,2 milyon nəfərə çatıb.

ÜST sədri bildirib ki, son illər narkomaniya QİÇS xəstəliyinin yayılmasında əsas səbəb olub. İİV virusuna yoluxanların 90 faizi ümumi şprislərdən istifadə edən narkomanlardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar