Əhmədinejad Güney Azərbaycanda
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ABŞ-a səfərdən qayıtdıqdan sonra bu gün Azərbaycan Respublikası ilə həmsərhəd Ərdəbil əyalətini ikigünlük ziyarətə çıxıb.
İranın «Radiopayam» radiosunun məlumatına görə, o, səfərin ilk günü əyalətin Xalxal, Kövsər, Nir rayonlarını, ikinci gün isə Parsabad (Muğan), Güney Biləsuvar, Germi, Meşkinşəhr və Nəmində olacaq.
Səfərin sentyabrın 16-da yekunlaşması nəzərdə tutulub.
Xatırladaq ki, Umriya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq, əyalətin mərkəzi Ərdəbildə də aksiya keçirilib. Əyalət üzrə çoxlu sayda tutulanların olduğu haqda məlumatlar yayılıb.
Sədrəddin Soltan

646