Ərdoğan ərəblərə Qahirədən səsləndi: “Ke en lem yekün”
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, daha çox azadlıq, demokratiya, insan haqları əsas götürülməlidir.
Baş nazir vurğulayıb ki, xalqların qanuni tələblərinin qarşısını qeyri-qanuni yollarla, gücdən istifadə edərək almağa çalışanlar bu gün olmasa da, sabah böyük bir yanlışa yol verdiklərini anlayacaqlar. “Ərəb baharı”nın başladığı Tunisdə səyyar satıcı Məhəmməd Buazizinin qürurunun ərəb xalqlarının dəyərlərini ortaya qoyduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı dönəm məşəqqətli, çətindir: “Bu prosesi tərsinə çevirməyə çalışan və çalışacaq gizli qüvvələr də var. Bu gizli qüvvələrə qarşı tədbirli olmalıyıq. Ürəkdən inanıram ki, qardaş ərəb xalqları əsla qeyri-müəyyənliyə yol vermədən öz iradələri ilə bu prosesi uğurlu, xeyirlə sona çatdıracaqlar. Xalqların qanuni gözləntilərinin vaxt itirmədən yerinə yetirilməsi üçün siyasi, iqtisadi və sosial islahatlar önəmlidir”.
Türkiyənin baş naziri Liviyada neft müqabilində üsyançılara dəstək vəd etmiş Fransa prezidenti Nikolas Sarkozinin də bostanına daş atıb: “Bəziləri kimi mənfəət niyyəti ilə deyil, sadəcə və sadəcə qardaşlarımın qürurlu bir gələcəyə sahib olması üçün ərəb xalqlarının bu dəyişikliyi gerçəkləşdirməsini istəyirəm. Bəzilərinin Liviyanın yeraltı sərvətləri üzərində qurduqları planlara baxaraq deyil, sadəcə, liviyalı qardaşlarımı sevdiyim üçün bunu söyləyirəm. Ərəb Birliyində atılacaq addımlar gələcəyi daha fərqli inşa edəcək. Bu dönəm ən çox ortaq ağlın hərəkətə keçməsi, həmrəyliyin göstərilməsi gərəkən dönəmdir. Liviya Milli Keçid Şurasının Ərəb Birliyi tərəfindən tanınmasını alqışlayıram, Şuranın BMT tərəfindən də Liviyanın qanuni hakimiyyəti kimi tanınması lazımdır”.
Rəcəb Tayyib Ərdoğan İsraillə bağlı da sərt bəyanatlar səsləndirib. BMT komissiyasının İsrailin Qəzza sektorunu blokadada saxlamasını qanuni saymasını qəbul etmədiklərini bildirən baş nazir vurğulayıb ki, İsrail hökumətinin aqressiv siyasəti İsrail xalqının gələcəyini təhdid etməkdədir: “Ən vahiməlisi isə odur ki, İsrail hökuməti öldürdüyü mülki şəxslərə görə üzr istənilməsi, təzminat ödənilməsi tələblərinə qulaq asmır, özünü hüquqdan üstün sayır. “Mavi Mərmərə” gəmisinə hücum bunun son örnəyidir. Bir daha söyləyirəm ki, BMT komissiyasının hesabatının bizim üçün heç bir qanuni əhəmiyyəti yoxdur. Qəzza sektorunun blokadasının qanuni olduğunu söyləyən İsrailin tezislərinin əsiri olan bu hesabat ərəb ifadəsi ilə bizim üçün “ke en lem yekün” hökmündədir. Qəzzanın blokadasının qanuni olduğunu ifadə edən heç bir cümləni tanımırıq. Əgər BMT başda olmaqla, beynəlxalq dairələr İsrailin şıltaqlıqlarına göz yummağa davam edərlərsə, bu cinayətin bir iştirakçısı kimi anılmaqdan can qurtara bilməyəcəklər. İsrail üzr istəmədikcə, öldürülən şəhidlərimizin ailələrinə təzminat ödəmədikcə, Qəzza sektorunun blokadasını ləğv etmədikcə Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması müzakirə mövzusu olmayacaq. Türkiyə Aralıq dənizində ən böyük sahilyanı dövlət olaraq gəmilərinin sərbəst hərəkət etməsi üçün gərəkən bütün tədbirləri görəcək”.
O, İsrailin Qəzza sektoruna qarşı həyata keçirdiyi blokada siyasətinin Türkiyə tərəfindən tanınmadığını vurğulayıb: “İsrailin 31 may 2010-cu ildən Qəzzaya qarşı həyata keçirdiyi blokadanın Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmasına nail olacağıq. Bu istiqamətdə BMT Baş Assambleyasının hərəkətə keçməsinə çalışacağıq. Heç bir ölkə beynəlxalq hüququn üzərinə olmadığı kimi beynəlxalq hüquq da bəzi ölkələrin əsarətində deyil”.

510