Əfqanıstanda ABŞ səfirliyinə və hərbi bazalara hücum oldu
13 sentyabr 2011 17:03 (UTC +04:00)

Əfqanıstanda ABŞ səfirliyinə və hərbi bazalara hücum oldu

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Taliban” Hərəkatının üzvləri Kabildə ABŞ səfirliyi və hərbi bazaların olduğu bölgəyə hücum edib.

ABŞ səfirliyinə raket atılıb. Əfqan polisi ABŞ səfirliyi və digər diplomatik nümayəndəliklərə gedən yolu bağlayıb. Ən azı 4 partlayış baş verib, 4 nəfər yaralanıb. Sonuncu partlayış səfirlik yaxınlığındakı Abdul Hak meydanında baş verib. Əfqan hökumətinin təmsilçiləri terrorçu-kamikadzelərin şəhərin bu hissəsində ola biləcəyini söyləyiblər. Hücuma görə məsuliyyəti öz üzərinə götürən “Taliban” hökumət binalarının hədəf seçildiyini açıqlayıb. BBC-nin Kabildəki müxbiri Quentin Sommerville silahlıların çox istiqamətli bir hücum təşkil etdiyi yönündə xəbərlər gəldiyini bildirib.

Son məlumata görə, hücum edənlər zərərsizləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar