Kilsədə seks-klub ifşa olundu
13 sentyabr 2011 14:05 (UTC +04:00)

Kilsədə seks-klub ifşa olundu

Dünyanın müxtəlif yerlərində kilsələrdə əxlaqsız işlərlə məşğul olunmasına dair xəbərlərə son bir ildə tez-tez rast gəlmək mümkündür. Belə hadisələrdən sonuncusu ABŞ-ın Arizona ştatında baş verib.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, polis bu günlərdə şübhələnərək kilsəyə baxış keçirib. Axtarış zamanı kilsənin əslində seks klub olduğu məlum olub. Özünü kilsənin rəhbəri kimi təqdim edən qadın “müqəddəs missiya”nı icra etdiyini iddia edib. O, kilsədəki fahişələri “ilahə” adlandırıb.

Polis məsələ ilə başlı 18 nəfəri həbs edib, kilsə isə bağlanıb. Polis rəsmisinin dediyinə görə, din pərdəsi altında cinayət törədənlərin sayı hər gün artır.

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar