Liviyada qiyamçı tayfalar arasında qanlı döyüşlər başlayıb
Liviyanın qərbində Qxaryan və Kikla şəhərlərində rəqabət aparan tayfalar arasında qanlı toqquşmalar baş verib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Liviyanın yeni hökuməti toqquşmaların səbəbinin ənənəvi düşmənçilik və rəqabət olduğunu açıqlayıb.
Sentyabrın 10-da başlayan döyüş zamanı çoxlu sayda insan həyatını itirib, yaralanıb.
Qeyd edək ki, hər iki şəhər Nafus dağlıq ərazisində yerləşir və ölkədəki vətəndaş müharibəsi zamanı prezident Müəmmər Qəddafiyə qarşı əsas müqavimət mərkəzləri olub.
Bu arada Müəmmər Qəddafiyə sadiq qüvvələr ölkənin şimal-şərqindəki Ras Lanuf şəhərindən 20 kilometr uzaqlıqdakı neft terminalına hücum edib. Terminaldakı mühafizəçilərdən 15 nəfəri öldürülüb, 2-si ağır yaralanıb.

576