Rusiyada bromdan zəhərlənənlərin sayı 150 nəfərə çatır
Bu gecə Rusiyanın Çelyabinsk qəsəbəsində, “Çelyabinsk-qlavnıy” dəmiryol stansiyasında zəhərli brom daşıyan vaqonun aşması və bromun ətrafa yayılması nəticəsində çoxlu sayda insan zəhərlənib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, indiyə qədər 143 nəfər xəstəxanaya müraciət edib.
Müraciət edənlərin 38 nəfəri xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti Cənubi-Ural Dəmiryol İdarəsinin əməkdaşlarıdır. Zərərçəkənlər əsasən yuxarı tənəffüs orqanlarında problem yaranmasından, gözlərinin yaşarmasından, allergik reaksiyalardan şikayətlənirlər.
Qeyd edək ki, qəza bu gecə saat 2:20 radələrində baş verib. Aşan vaqon qısa müddətdə stansiyadan çıxarılıb. Saat 10:56 radələrində qəza lokallaşdırılıb, 12:08 radələrində isə tam aradan qaldırılıb.

543