BMT Əsədi şoka saldı
0
0
BMT-nin insan haqları üzrə yüksək vəzifəli şəxslərindən ibarət qrup Suriyada insanlığa qarşı cinayət həyata keçirildiyini istisna etməyib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, qrup Suriyada həyata keçirilən əməliyyatlarla bağlı araşdırma aparıb və mülki xalqa qarşı sistematik və kütləvi hücumlar edilməklə insan hüquqlarının pozulduğuna dair faktlar aşkarlandığını bəyan edib.
Bu gün yayımlanan hesabatda Suriya hökumətində müxtəlif vəzifələr tutan və cinayətlərdə şübhəli sayılan 50 şəxsin siyahısı hazırlanıb. BMT-nin hesabatına görə, avqustun ortalarına qədər Suriyada 1900 nəfər həyatını itirib.
Qeyd edək ki, insanlığa qarşı cinayət kifayət qədər ciddi ittihamdır. Bundan əvvəl Sudan lideri Ömər əl Bəşir və Liviya prezidenti Müəmmər Qəddafinin insanlığa qarşı cinayət törətdikləri barədə hesabatlar hazırlanıb.