Əsəd Türkiyəyə cavab verdi
10 avqust 2011 13:14 (UTC +04:00)

Əsəd Türkiyəyə cavab verdi

0
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Suriyanın rəsmi dövlət agentliyi SANA-ya danışan prezident hər şeyə rəğmən “terrorçuluqla məşğul olan qrupların” qarşısından geri çəkilməyəcəklərini bəyan edib.

Qeyd edək ki, dünən Suriya prezidenti Davudoğlu ilə 6 saat yarım ərzində müzakirə aparmışdı. Türkiyə xarici işlər naziri Əsədi əhaliyə qarşı şiddətə son verməyə, əsgərlərini geri çəkməyə və təcili islahatlar aparmağa çağırmışdı.

Əsəd, həmçinin, onu da bəyan edib ki, Suriya dövləti islahatların həyata keçirilməsində sona qədər gedəcək və bu mənada “dost və qardaş” ölkələrdən kömək gözləyir.

Davudoğlunun ona heç kimdən mesaj gətirmədiyini vurğulayan Əsəd ölkəsinin Türkiyədə baş verən hər bir hadisəni öz problemi kimi gördüyünü söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar