London yanır - FOTO
0
0
Lent.az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, olayların davam etdiyi dördüncü gecədə etirazçılar Mançester şəhərində iki mağazanı yandırıblar.
Hadisə ilə bağlı 7 nəfər saxlanılıb. Polis xalqa şəhər mərkəzindən uzaq gəzmələri ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Londondakı hadisələr keçən həftənin şənbə günü 29 yaşlı bir zəncinin ölümündən sonra başlamışdı. Polislərin fəaliyyətini araşdıran QHT-nin yaydığı məlumatda bildirilir ki, polisin atəş açması nəticəsində öldürülən 4 uşaq atası Mark Duqqanın hüquq-mühafizə orqanlarına atəş açması faktına rastlanmayıb. Məlumatda bildirilir ki, Duqqana aid olan silah atəş aça bilməyib.
Xatırladaq ki, hadisələrin başladığı gün polis öldürülən Duqqanın hüquq-mühafizə orqanı əməkdaşlarına atəş açdığı və bunun üçün özünümüdafiə məqsədi ilə öldürüldüyünü bəyan etmişdi.
Onu da bildirək ki, Londonda başlayan hadisələrdə artıq bir nəfər öldürülüb. Bu, maşınında güllələnən 26 yaşlı bir kişidir. Hadisələr başlayan gündən bu yana artıq 525 nəfərin həbs olunduğu qeyd edilir.
İngilis polisinin iğtişaşların qarşısını almaqda çətinlik çəkdiyi, etirazçılara qarşı rezin güllələrdən istifadə etməyə hazırlaşdığı iddia edilir.