Cübbəli Əhməddən əcaib fətva
0
0
Türkiyənin tanınmış din adamı, fərqli üslubu və deyimləri ilə məşhur olan Cübbəli Əhməd avqustun 8-də axirətə inamla bağlı qəribə fətva verib. Lent.az-ın məlumatına görə, kişilərə səslənən Cübbəli Əhməd axirətdə daha çox mələyə sahib olmağın yolunu deyib. O bildirib ki, kim daha çox salavat çevirsə, həmin şəxsin o biri dünyada huriləri o qədər çox olacaq: “Bundan qadınların xəbəri olmasın. Yatana saman yoxdur, hamı salavat çevirsin. Qadınların o biri dünyada sinirləri olmayacaq. Yoxsa cənnətdə də başımıza bəla olarlar”.
0
0