İtalyan modellərdən Qəddafiyə dəstək
0
0
İtaliyan modellər Liviya lideri Müəmmar Qəddafiyə dəstək verməyə başlayıb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Qəddafiyə dəstək vermək üçün bir qrup italyan model Tripoliyə yola düşüb.
Modellər əvvəllər Qəddafinin İtaliyadakı konfranslarına qatıldıqlarını açıqlayıblar. Jurnalistlərə açıqlamalarında “çox sevdiyimiz liviyalılara bu çətin günlərində dəstək vermək üçün gəldik”, - deyə bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl İtaliya səfəri zamanı Qəddafi italyan qadın modelləri toplayaraq onlara bir neçə saatlıq məruzə oxuduqdan sonra özünün “Yaşıl kitabı”nı hədiyyə etmiş və islamı qəbul etməyə çağırmışdı.
Rəşad