Bəşər Əsəd çoxpartiyalı sistemə keçdi
04 avqust 2011 18:56 (UTC +04:00)

Bəşər Əsəd çoxpartiyalı sistemə keçdi

0
Lent.az-ın “dünyabülteni”nə istinadən xəbərinə görə, ötən ay qəbul edilən çoxpartiyalı sistemə keçid barədə qanun prezident tərəfindən imzalanıb.

Qeyd edək ki, Suriya hakimiyyəti ötən ay iqtidardakı BAAS partiyasından başqa partiyaların da parlament seçkilərində iştirak edə biləcəyini açıqlamışdı.

Qanuna görə, partiyanın ən azı 50 qurucusu olmalıdır. Partiya üzvlərinin silahlı qanadı olmamalıdır, eyni zamanda seçkilərdə iştirak etmək istəyən partiya xarici ölkədə fəaliyyət göstərən başqa bir partiyanın şöbəsi olmamalıdır.

Qurulacaq partiyanın maliyyə qaynaqları şəffaf olmalı, dini, etnik zəmində siyasət yürütməməlidir.

Qanuna əsasən, 25 yaşını tamamlamış şəxslər millət vəkili ola biləcək.

Parlamentin ən azı 50 faizi fəhlə və kəndlilərin təmsilçiləri olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar