Mayk Tayson feldşer olacaq - FOTO
03 avqust 2011 19:54 (UTC +04:00)

Mayk Tayson feldşer olacaq - FOTO

0
Lent.az-ın məlumatına görə, proqramda əfsanəvi boksçu, superağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson iştirak edəcək. Bu telelayihənin məğzi ondan ibarətdir ki, məşhurlar müəyyən müddət öz işlərini eyni ad və soyadlı naməlum şəxslərin peşələrinə dəyişəcəklər. 45 yaşlı boksçunun adaşı ABŞ-ın Miçiqan ştatındakı Ziland şəhərində yaşayır. O, aztəminatlı vətəndaşlar üçün klinikalardan birində feldşer işləyir. Buna görə də “Dəmir” Mayk onu xəstəxanada əvəzləyəcək. Tibb qardaşı Mayk isə boks əlcəkləri geyərək ad və soyad oxşarı ilə simvolik döyüş keçirəcək.


Qeyd edək ki, şoudan əldə olunan bütün vəsait xeyriyyə məqsədlərinə sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1091

Oxşar yazılar