“Amfibiya adam”-ı çəkən operator öldü
Rusiyanın məşhur kinooperatoru Eduard Rozovski avtomobil qəzasında həyatını itirib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 84 yaşlı kinooperator Sankt-Peterburqdan Priozerskdəki bağ evinə gedərkən idarə etdiyi Opel-Astra markalı avtomobil yoldan çıxıb və beton dirəyə çırpılıb.
Eduard Rozovski hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Eduard Rozovski 1926-cı ildə anadan olub. O, 80-dən çox filmin çəkilişində iştirak edib. Kinooperatorun lentə aldığı filmlər sırasında “Amfibiya adam”, “Çukotka rəisi”, “Don Sezar de Bazan”, “Səhrada qızmar günəş”, “Balzaminovanın toyu”, “Sokrat” və digər bədii filmlər var.

604